21 sentyabr Beynəlxalq Sülh Günü

21 sentyabr Binəqədi rayonu V.Əzizov adına 30№li tam orta məktəbdə "21 Sentyabr Beynəlxalq Sülh Günü" ilə əlaqədar toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə məktəbin direktoru Səkinə xanım Məmmədova açmışdır.Toplantıda məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Məmmədxanova,4a sinif rəhbəri M.Vəliyeva və 7a sinif rəhbəri Y. Məmmədova çıxış etmişlər.Daha sonra 4a sinif şagirdləri 21 sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdirdilər. Sonda məktəbin 7a sinif şagirdləri sülhə aid hazırladıqları təqdimatları ilə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi