Bilik Günü

Binəqədi rayonu V.Əzizov adına 30№li tam orta məktəbdə 15 sentyabr "Bilik günü" qeyd olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səkinə xanım yeni dərs ilində şagirdlərə, müəllimlərə uğurlar arzuladı və birinciləri yeni dərs ili münasibətilə təbrik etdi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Səfərov öz ürək sözləri ilə çıxış edərək müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Şagirdlər vətənə, məktəbə aid hazırladığı mahnı və şeirləri ifa etdilər. Tədbirdə birinci sinfə qoyan birincilər hazırladıqları şeirlər ilə çıxış etdilər.Sonda yeni dərs ilinin ilk zəngi çalındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi