Qohumlararası nikahın fəsadları

    Reproduktiv sağlamlıq mövzusunda məşğələlər davam edir. Sonuncu V məşğələ məktəbin lX sinif şagirdləri ilə "Qohumlararası nikahın fəsadları" mövzusuna həsr olundu. Görüşdə məktəbin həkimi Aidə Nəbiyeva bildirdi ki, genetikada olan xəstəliklərin uşağa ötürülməsi ehtimalı yüksək olduğundan bu evlilik uşağın sağlam şəkildə dünyaya gəlməsinə mənfi təsir göstərir. Məktəbin psixoloqu Vüsalə Qarayeva öz çıxışında bildirdi ki, qohum nikahı nəticəsində yaranan uşaq xəstəliklərinin müalicəsi ya mümkün olmur ya da qismən olur.

Övladında əzələ zəifliyi, iflic, sinir sisteminə aid xəstəliyi olan valideynlər illərlə maddi, fiziki və mənəvi-psixoloji problemlərlə üzləşməsinə gətirib çıxarır. Nəticə etibarilə ailədaxili psixoloji vəziyyətin idarə olunması problemləri başlayır, ailələrdə boşanma faktları çoxalır. Şagirdlər mövzu üzrə məlumatlandırıldıqdan sonra şagirdlər də qohumlararası nikaha öz münasibətini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi