Suveren dövlətin gələcəyi

    29.05.2025-ci il tarixində“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Təbirlər Planı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən məktəbin akt zalında 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş - "Suveren dövlətin gələcəyi ələcəyi" adlı tədbir keçirildi.

    14 ölkənin mədəniyyət və incəsənət nümunələrinin rəngarəngliyi,müxtəlifliyi ilə seçilən bu tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, "Binəqədi Gənclər Evi"sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva qonaq qismində iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Poladova tədbir iştirakçıları və qonaqları salamlayaraq "Konstitusiya və Suverenlik İli" haqqında qısa məlumat vermiş, daha sonra məktəbliləri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etmişdir.

    Rəngarəng çıxışları ilə yer almış siniflər ölkələrin rəqs və mahnı nümunələrini yaddaqalan təqdim edərək izləyənləri heyrətə gətirmişlər.

    Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova tədbirin ərsəyə gəlməsində əməyi keçən məktəb rəhbərliyinə,müəllim, şagird kollektivinə və məktəblilərin valideynlərinə öz təşəkkürünü bildirmiş,bu şagirdlərin suveren, firavan ölkəmizin - Azərbaycanın layiqli sabahı olacağına, vətənimizi layiqincə təmsil edəcəklərinə heç şübhəsiz inandığını vurğulamışdır.

    Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Şəhla Seyidbalayevanın təşkil etdiyi rəngarəngliyi ilə seçilən bu tədbir "Qobustan kompazisiyası" ilə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi