Tariximizin ən şanlı və parlaq günlərindən biri

1918-ci il mayın 28 -də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
28 may-Müstəqillik günü məktəbin fəaliyyət planına uyğun olaraq 1A,1B,2A,2C siniflərinin təşkilat saatlarında sinifdaxili məlumatlandırılma aparılmışdır.