İçərişəhər Dövlət Qoruğuna Ekskursiya

18.05.2025-ci il tarixdə məktəbin 5B sinfi tarix müəllimi İzzət Orucəliyevanın rəhbərliyi ilə 18 May Beynəlxalq Muzey Günü və "Dəyərlərmizi qoruyaq!" layihəsinin icrası ilə əlaqədar olaraq İçərişəhər Dövlət Qoruğuna ekskursiyaya getmişlər.
Şagirdlər Qız Qalası ,Şirvanşahlar Sarayı,Cümə məscidi,Yeraltı hamam,Xan karvansarası,Arxeoloji park və digər yerlərə muzey bələdçisinin rəhbərliyi ilə getmiş və tarixi məlumatlar əldə etmişlər.