18 May Beynəlxalq Muzey Günüdür

    Bu tarix qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Bu münasibətlə məktəbin 5A sinfi sinif rəhbəri Aysel Həsənovanın rəhbərliyi ilə 18.05.2025-ci il tarixdə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksinə-Tullantıdan incəsənətə və Qala qəsrinə ekskursiyaya getmişlər. Muzeyin bələdçisi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında geniş məlumat verərək bildirmişdir ki, ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur.

    Şagirdlər bələdçinin köməyi ilə Qala qəsrinin tarixi,həmçinin Əntiq Əşyalar Muzeyi haqqında tarixi məlumatlar da əldə etmişlər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi