Şagirdlərin təbiətə və heyvanlara sevgi ruhunda böyüməsinin şəxsiyyətin düzgün formalaşmasına təsiri

    15.05.2025-сi il tarixində məktəbin psixoloqu Vüsalə Qarayeva 5-ci sinif şagirdləri ilə psixomaarifləndirici görüş keçirdi. Görüşü keçirməkdə əsas məqsəd "İtlərin ictimai yerlərdə vurulması kimi zorakı ənənə və tədbirlərin aradan qaldırılması,dövlət rəsmiləri, KİV və əhali arasında uşaqların bu cür təcrübələrlə rastlaşmasının mənfi təsirləri barədə maarifləndirmənin aparılması" barədə 25-ci bəndinə və Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 3.3.3.7, 3.3.3.8-1,3.3.3.8-2 maddələrinə əsasən şagirdlərin təbiətə, heyvanlara sevgi ruhunun formalaşması istiqamətində iş aparmaqdan ibarətdir.

    Görüşdə məktəbin direktoru Mehriban Poladova heyvanlara sevginin insan mənəviyyatına təsirinin yaranması üçün onlara münasibətin düzgün formalaşması üçün tövsiyələr verdi. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Seyidbalayeva Şəhla şagirdlərlə heyvanlara olan öz məhəbbətlərini ifadə üsulları barədə interaktiv söhbət apardı.Məktəbin UBTR-Muxtarova Sevincin rəhbərliyi ilə hazırlanan rəsmlərdən ibarət guşə ətrafında şagirdlər təbiətə və heyvanlara olan sevgini özlərinəməxsus tərzdə cəmiyyyətə hansı mesajları ötürdüklərini ifadə etdilər .

    Daha sonra məktəbin kitabxana müdiri İsmayılova Elnurə kitabxanaya gələn heyvanlara və təbiətə ülvi hissləri aşılayan yeni nəşr olunan kitablar və dərgilər barədə geniş məlumat verdi. Ən sonda isə dünyanın ən böyük kitabının təbiət olduğunu vurğuladı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi