Monitorinq öncəsi psixomaarifləndirici görüş

Məktəbin psixoloqu Qarayeva Vüsalə IV və VI sinif şagirdləri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunacaq monitorinqöncəsi psixoloji dəstək məqsədilə görüş təşkil etdi.
Görüşdə şagirdlərə imtahan zamanı həyəcan yaradan amillərdən və bu həyəcanla mübarizə aparmağın yolları haqqında danışıldı. Sonda şagirdlərə diqqətin konsentrasiyası üzrə tapşırıqlar təqdim olunmuşdur.