Nümunəvi dərslərimiz davam edir

Məktəbin Fəaliyyət Planına əsasən 2C sinif müəllimi Xanmetova Aygünün və 3A sinif müəllimi Mikayılova Arzunun rəhbərliyi ilə nümunəvi dərslər təşkil olunmuşdur. Dərslər məktəb rəhbərliyi və digər sinif müəllimləri tərəfindən izlənilmişdir. İnteraktiv təlim metodlarına əsaslanan nümunəvi dərslərdə şagirdlərin fəallığı və dərs mövzularına diqqətlə yanaşma müşahidə olunmuş,qrup işinin təşkili və əyani vəsaitlərdən-ağıllı lövhə,iş vərəqləri,plakatlardan istifadə edilərək dərsin qurulması və hər bir şagird tərəfindən mənimsənilməsi baş tutmuşdur.
Dərsdən sonra müəllimlərlə keçdikləri nümunəvi dərsin məktəb rəhbərliyi və metodbirləşmə rəhbəri tərəfindən müzakirəsi aparılmışdır.