"Hakaton"müsabiqəsi qalibləri

    STEAM Azərbaycanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Hakaton” müsabiqəsi baş tutub.

    İki mərhələdən ibarət olan hakaton çərçivəsində iştirakçılara əvvəlcə texniki tapşırıqlar təqdim olunub və komandalar bu tapşırıqları yerinə yetirərək öz praktiki bacarıqlarını nümayiş etdiriblər. Növbəti mərhələdə isə komandalar hazırladıqları layihələrə dair təqdimat posterləri hazırlayaraq münsiflər heyəti qarşısında təqdimatlar ediblər. Jüri dəyərləndirməsindən sonra qalib komandalar müəyyənləşdirilib və onlar sertifikat və hədiyyələrlə təltif olunublar. Bu komandalar arasında məktəbimizin də adı var. Məktəbin 4B sinif şagirdləri Yusif Hacızadə,Fuad Rəhimzadə öz komandalarına uğur gətirərək II yerə çıxmışlar.

    Bu münasibətlə məktəbin direktoru Mehriban Poladova bu uğuru qazanmaqda şagirdlərin üzərində əməyi olan məktəbin fizika müəllimi,eyni zamanda Binəqədi STEAM mərkəzinin mentoru Gülüstan Musayevanın rolunun danılmaz olduğunu bildirərək,qalibiyyət əldə etmiş şagirdlərimizi və onların müəllimini təbrik etmiş,digər layihələrdə də uğurlarının davamlı olmasını arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi