Sağlam nəsil-parlaq gələcək

23.04.2025-ci il tarixində məktəbimizdə Sağlam nəsil-parlaq gələcək layihəsinin həyata keçirilməsi məqsədilə "Psixotrop maddələrin insan sağlamlığına zərəri"və valideyn-övlad münasibətlərinin uşaqların sosial-emosional inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminar keçirilmişdir. Seminarda məktəbin direktoru Mehriban Poladova çıxış edərək valideynləri məktəblə daha sıx əməkdaşlığa səsləmiş,uşaqların psixi -sağlamlığına müsbət təsir edən sağlam ailə mühitini qoruyub saxlamağı,övladlarının nəzarəti ilə ciddi məşğul olmağı tövsiyə etmişdir. Valideyn nəzarətindən kənar uşaqların xoş olmayan vərdişlərə yol açmağından söhbət açmışdır. Mövzunu məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçısı Şəhla Seyidbalayeva davam etdirərək,psixotrop maddələrin insan orqanizminə vurduğu ağır ziyanlarından söz açmışdır.
Daha sonra Həmin maddələr hansılardır? və Övladlarımızı necə qoruya bilərik? kimi suallar cavablandırılmış,geniş müzakirələrdə məktəbin psixoloqu Vüsalə Qarayeva da iştirak edərək öz münasibətini bildirmiş, uşaqların yaş dövrlərinə uyğun valideynlərin övladları ilə qurduğu sosial-emosional münasibətin onların psxiotrop maddələrə qarşı marağının qarşısını almağa nail ola biləcəyini vurğulamışdır.