1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

Binəqədi rayonu V.Əzizov adına 30№li tam orta məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. 3a sinif şagirdləri öz hüquqlarına aid maraqlı səhnəciklərlə, şeirlərlə, rəqslərlə çıxış etdilər. Tədbirdə Ümummilli lider Heydər Əliyevin, prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğını əks etdirən slayd göstərildi.Daha sonra məktəbin direktoruna söz verildi. Tədbirin sonunda 3a sinif şagirdləri sülh carçısı olan göyərçinləri səmaya buraxdılar.