BilBacar layihəsinin növbəti mərhələsi

21.04.2025-ci il tarixində məktəbin fizika müəllimi Gülüstan Musayevanın rəhbərliyi ilə IX-X siniflərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə layihəsi olan BilBacar müsabiqəsinin növbəti turu keçirildi. Bu turda da 9A sinif şagirdi Hüseynova Aysu 371 bal toplayaraq fəal iştirakçı statusu qazanmışdır. Şagirdimizə uğurlar arzulayırıq!