Konstitusiya və Suverenlik İli

Konstitusiya və Suverenlik İli ilə əlaqədar olaraq məktəbin tarix müəllimləri Nəbiyeva Nərgiz və İzzət Orucəliyevanın rəhbərliyi altında 8A və 8B siniflərinin iştirakı ilə "Konstitusiyamıza dəyişikliklər etmək olarmı və ya olmaz?" mövzusunda debat keçirilmişdir. Debata başlamazdan əvvəl Konstitusiyamızın yaranma tarixindən və Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün elan olunmasından danışılmışdır.
Daha sonra şagirdlər Konstitusiyamız haqqında video çarxı izləmişlər. Debat şəklində baş tutmuş bu görüşdə şagirdlər araşdırmalarına əsasən ölkəmizin və digər ölkələrin Konstitusiyasında baş vermiş dəyişikliklərin müsbət və mənfi tərəflərini təhlil etmişlər. Müzakirələrə uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva və UBTR Sevinc Muxtarova da qoşulmuşlar.