31 Mart- Azərbaycanlıların soyqırımı günüdür

1.04.2025-ci il tarixində məktəbin tarix müəllimi Nəbiyeva Nərgizin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada iştirak edən 8B və 9A sinif şagirdləri tarix müəllimi Nəbiyeva Nərgizin təqdimatında 1918-ci il 31 Martında azərbaycanlılara qarşı baş vermiş qətliamın tarixi və günahsız qurbanları haqqında məlumatı dinləmiş və fikir mübadiləsi aparmışlar.