Sağlam qida sağlam həyat deməkdir

İdman həftəsinin 4-cü günü şagirdlərlə Sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi. Bu tədbirdə şagirdlər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayevanın nümayiş etdirdiyi maarifləndirici video-çarx və qidalanma cədvəli ilə tanış oldular.
Daha sonra məktəbin biologiya müəllimi Məlahət Mədətova insan orqanizmi və insanın uzunömürlü yaşaması üçün bilavasitə lazım olan qidalardan,faydası olmayan qidaların inkişaf etməkdə olan yeniyetmənin gələcəyinə vurduğu mənfi təsirlərindən danışdı.