Valideyn komitəsi sədrləri ilə görüş

Məktəbin fəaliyyət planına əsasən bütün siniflər üzrə Valideyn komitəsi sədrləri ilə iclas təşkil olundu. Valideyn-məktəb əməkdaşlığının artırılması məqsədilə keçirilən iclasda məktəbin direktoru Mehriban Poladova və psixoloq Vüsalə Qarayeva çıxış edərək aşağıda qeyd olunan məsələləri müzakirəyə çıxardılar. Müzakirə olunan məsələlərdən biri məktəbin fəaliyyəti ilə əlaqədar valideynlərlə anonim sorğunun keçirilməsidir. İşin icrası valideyn komitəsi sədrlərinə həvalə olundu.
Digər məsələ rəqəmsal platformada hələ də qeydiyyatdan keçə bilməyən valideynlərə tövsiyələrin verilməsi oldu. İclasda məktəbin nizam-intizam işinin təşkili ilə bağlı görülən işlərdən də danışılmış,valideynlərin təklifləri dinlənilmişdir.