İdmançıların yarışa hazırlığına psixoloji yanaşma

    5.03.2025-ci il tarixdə məktəbin psixoloqu Vüsalə Qarayeva tərəfindən idman sahəsinə maraq göstərən, müəyyən nailiyyətləri ilə seçilən V-Xl sinif şagirdlərindən ibarət kollektivlə psixoprofilaktik görüş həyata keçirildi.

    04-10.03.2025-ci il tarixlərini əhatə edən "İdman həftəsi" çərçivəsində baş tutan bu görüşün keçirilməsində əsas məqsəd idmançıların yarışlara hazırlığının psixoloji yanaşması, bu zaman diqqət ediləcək məqamların müzakirəsindən ibarətdir. Görüş zamanı şagirdlərə hər bir idmançının qələbə qazanmaq uğrunda mübarizəyə atılarkən onun fiziki, nəzəri, taktiki, texniki və psixoloji hazırlıq səviyyəsinə malik olmasının önəmindən danışılmış,şagirdlərə bu səviyyələrdə psixoloji hazırlıq səviyyəsinin əhəmiyyəti açıqlanmışdır.

    Yarışa qatılan idmançı şagirdlər psixoloji hazırlıqlarını onların qələbəsinə təsirindən bəhs edən nümunələrlə öz təəssüratlarını bölüşmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi