BilBacar müsabiqəsinin növbəti mərhələsi

3.03.2025-ci il tarixində məktəbimizdə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi BilBacar müsabiqəsinin məktəb üzrə koordinatoru Gülüstan Musayevanın rəhbərliyi ilə növbəti "Yarış"mərhələsi keçirildi.
Layihədə məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətini inkişaf etdirmək və onları bu bilikləri real həyatda istifadə etməyə sövq etməkdir.