Xocalı qurbanlarını ehtiramla yad edirik

26.02 2025-ci il tarixində məktəbin tarix müəllimi Nəbiyeva Nərgizin təşkilatçılığı ilə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı fəryadı" adlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı faciəsini əks etdirən videoçarxlar nümayiş olunmuş, şagirdlərin ifasında monoloq və ədəbi nümunələr səsləndirilmişdir.