Rus bölməsində Azərbaycan dilinin tədrisinə həsr olunmuş dəyirmi masa

2025-ci il fevralın 13-də məktəbimizdə “Ölkədə tədris dilinin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi”mövzusunda dəyirmi masa təşkil olundu.Dövlət dilinin tədrisi məsələləri ilə əlaqədar müzakirələr aparıldı.Qarşıda duran vəzifələr və onların yerinə yetirilməsi yolları ilə bağlı fikir mübadiləsi aparan müəllimlərimiz öz iş təcrübələrini də bölüşdülər.Sonda qarşıda duran hədəflərə çatmaq üçün hazırlanmiş tədbirlər planı oxunub müzakirə edilərək qəbul olundu.