Reproduktiv sağlamlığa həsr olunmuş IV məşğələ

    Ümumtəhsil məktəblərində Reproduktiv sağlamlıq mövzusunda Vlll-lX sinif şagirdləri ilə həyata keçirilən görüşlər çərçivəsində növbəti məşğələ məktəbimizin 9-cu sinifləri ilə baş tutmuşdur.     "Reproduktiv sağlamlıq nədir" mövzusunda keçirilən görüşdə uşaqlarla sinifdənkənar və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva,Psixoloq Vüsalə Qarayeva,UBTR Sevinc Muxtarova,sinif rəhbərləri Vüsalə Ağayeva,Yeganə Cəbiyeva və məktəbin həkimi Aidə Nağıyeva Reproduktiv sağlamlığa aid şagirdlərlə maarifləndirici söhbətlər aparmışlar.

    Paylanılmış sorğu vərəqlərinə əsasən, səsləndirilən suallara daha geniş yer ayrılmış,şagirdlər müzakirəyə cəlb olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi