21 fevral-Beynəlxalq Ana dili Gününə həsr olunmuş Şeir Müsabiqəsi

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Quliyeva Cəmilə 12.02.2025-ci il tarixində 5 və 6-cı sinif şagirdləri ilə siniflərarası Şeir müsabiqəsi təşkil etdi. Müsabiqədə qiymətləndirmə komissiyası üzvləri olaraq uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva,məktəbin psixoloqu Vüsalə Qarayeva,Kitabxana müdiri Elnurə İsmayılova,Azərbaycan dili və ədəbiyyatı müəllimləri Nəzirə Rzayeva və Cəmilə Quliyeva iştirak etmişlər.
Şagirdlərin ana dilində söylədikləri şeirlər təyin olunmuş bədii qiraət üzrə bacarıqların qiymətləndirmə cədvəlinə əsasən aparılmış və məktəbin bir neçə şagirdi bu müsabiqədə uğur qazanmışdır.