Ana dili fənn aylığı

    11.02.2025-ci il tarixində məktəbin rus bölməsində təhsil alan 3C sinif şagirdləri ilə Azərbaycan dili fənn aylığına həsr olunmuş Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəhla Mİrzəyevanın xüsusi dərsi baş tutmuşdur. Dərs məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçısı Şəhla Seyidablayeva,Azərbaycan dili və ədəbiyyatı müəllimi Ulduz Haqverdiyeva və 3C sinif rəhbəri Elnarə Mərdanova tərəfindən dinlənilmişdir. Azərbaycan dilinin ahəng qanununa həsr olunmuş bu dərs şagirdlərin və dinləyicilərin böyük marağına səbəb olmuşdur.

    Şagirdlər kitabdakı çalışmalardan və ağıllı lövhə ilə nümayiş olunan mətnlərdən dərsə uyğun olaraq verilən tapşırıqları yerinə yetirmiş,mövzuya uyğun nümunələr gətirmişlər.

    Dərsin sonunda ana dilimizə qayğı və sevginin əsas olduğu vurğulanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi