VIII-IX siniflərdə Reproduktiv Sağlamlıq mövzusuna həsr olunmuş lll məşğələ

"Zərərli vərdişlər:Siqaret çəkmək"mövzusunda VIII sinif şagirdləri ilə söhbət aparıldı. Məşğələ Vlll sinif şagirdləri olan oğlan və qızlarla ayrı-ayrılıqda həyata keçirildi. Görüşdə iştirak edən məktəbin direktoru Mehriban Poladova,uşaqlarla sinifdənkənar və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalalyeva,məktəbin psixoloqu Vüsalə Qarayeva,UBTR Sevinc Muxtarova, məktəbin biologiya müəllimi Həsənova Nahidə öz çıxışlarında bu zərərli vərdiş haqqında şagirdlərə geniş məlumat verdilər.
8A sinif şagirdləri mövzuya aid çəkdikləri rəsmlər haqqında danışaraq öz fikirlərini şagird yoldaşları ilə bölüşdülər. Daha sonra görüşdə şagirdləri maraqlandıran suallara cavab verildi.