Pedaqoji Şuranın növbəti iclası

3.02.2025-ci il tarixində Məktəbin ilik fəaliyyət planına əsasən Pedaqoji Şuranın I yarımilin yekunlarına dair iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Mehriban Poladova ilkin olaraq 2024-2025-ci tədris ilinin I yarımilində məktəbin şagird sayının artımından,olimpiadalarda qızıl medal qazanan şagirdlər,şagird davranış qaydaları və müəllimlərin növbətçilik sistemi mövzusunda danışmışdır.
Daha sonra iclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Rəşad Abdullayevin təqdimatında I yarımilin yekununa dair yarımillik hesabatı dinlənilmiş və elektron lövhədə Monitorinq və BSQ nəticələri təhlil olunmuşdur. Təhlil zamanı nəticələri yuxarı olan müəllimlərin təcrübəsindən faydalanmaq niyətilə onlara söz verilmiş və çıxışlardan sonra məktəbin ümumi faiz göstəricisi və II yarımildə daha uğurlu olmaq üçün müəllimlərə tövsiyələr verilmşidir.
İclasda həmçinin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçının,UBTR-in, məktəb psixoloqunun,kitabxana müdirinin I yarımilin yekun hesabatları dinlənilmişdir.