Psixologiya həftəsi
Məktəbin psixoloqu Vüsalə Qarayeva 21-24.01.2025-ci il tarixlərini əhatə edən "Psixologiya həftəsi" çərçivəsində şagirdlərlə psixoprofilaktik görüşlər həyata keçirdi.
7C və 7B sinifləri ilə keçirilən dəyirmi masada məktəbin direktoru Mehriban Poladova, UBTR Muxtarova Sevinc, Kitabxana müdiri İsmayılova Elnurə ,7c sinif rəhbəri Qaçaylı Gülanə iştirak etdilər.
Psixoloji gərginlik, emosional hallar, insan xarakteri, davranış və düşüncələrin gündəlik həyatımıza təsiri, psixi sağlamlığa diqqət və onun qorunması, eləcə də fərqli temperament tipinə mənsub insanlarla qurulan ünsiyyətə dair fikir mübadiləsi aparıldı. Tədbirdə həmçinin şagirdlər çəkdikləri rəsmlərdə əks etdirdikləri düşüncələrini bölüşdülər. Görüşün sonunda emosional-gərginliyə səbəb olan münasibətlər və onların qarşısının alınmasına aid nümayiş etdirilən videorolik izləyicilər tərəfindən böyük maraqla qarşılandı.