IX-XI sinif şagirdləri ilə görüş
17.01.2025-ci il tarixdə Bakı şəhər, Binəqədi rayonu V. Əzizov adına 30nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis kapitanı Fuad Nəzərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı polis leytenantı Rüfət Qənbərli iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlər Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında məlumatlarla tanış olmuşlar. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.