20 Yanvar faciəsinin 35-ci ildönümünə hər olunmuş xüsusi dərslər

    17.01.2025-ci il tarixində məktəbimizdə 1-ci saat dərslər Vətənimizin suverenliyi,azadlığı uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin 35-ci ildönümünə həsr edildi. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra bu qanlı faciə haqqında tarixi videoçarxlar izlənilmiş,şagirdlər

    20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər ,bayatılar demiş,20 Yanvar şəhidlərinə həsr olunmuş stendlər qarşısına qərənfillər düzmüşlər. 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verən müəllimlərimiz bugünkü azad,suveren Azərbaycan üçün məhz şəhidlərimizə borclu olduğumuzu bir daha onların nəzərinə çatdırdılar. Rus tanklarının çarxları altında al-qana boyanaraq,həyatlarını azadlıq yolunda şəhid edən ,son cümlələri "Azadlıq" olan bu qəhrəman Azərbaycan oğulları Azərbaycan tarixində yeni bir səhifə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi