"Zərəli vərdişlərin sağlamlığa təsiri"
Məktəbin VI sinif şagirdləri ilə "Zərərli vərdişlərin sağlamlığa təsiri" adlı maarifləndirici görüş keçirildi. Görüşdə məktəbin direktoru Mehriban Poladova, UBTR Sevinc Muxtarova, psixoloq Vüsalə Qarayeva şagirdlərlə mövzu barədə geniş söhbət apardılar. Görüşdə zərərli vərdişlərə aludə olmağın sağlam həyat tərzinə birbaşa vurduğu ziyanlar, bu tələyə düşməmək üçün necə davranmaq yolları barədə danışıldı. Direktor öz çıxışında mövzuya münasibət bildirərək, zərəli vərdişlərdən uzaq olmağın yolları barədə öz tövsiyələrini verdi. O, qeyd etdi ki, zərərli vərdişlərin təsirindən baş verən xəstəliklər orqanizmin daxili mühitini pozur. Şagirdlərə gigiyena qaydalarına riayət etməyin, əmək və istirahəti düzgün tənzimləməyin zərərli vərdişlərdən uzaq olmağın vacib şərtləri olduğu barədə danışıldı.
Görüşün sonunda məktəbin UBTR Sevinc Muxtarovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət rəsmlər nümayiş etdirildi. Şagirdlər çəkdikləri rəsmlər barədə danışaraq, narkomaniya, alkololizm və siqaret çəkmək kimi vərdişlərin zərəri barədə öz fikirlərini səsləndirdilər.