Erkən nikah və onun mənəvi-psixoloji təsiri

Məktəbin psixoloqu Qarayeva Vüsalə VIII-X sinif şagirdləri ilə "Erkən nikah və onun mənəvi-psixoloji təsiri" mövzusuna həsr olunan psixomaarifləndirici görüş keçirdi. Görüşdə yeniyetmələrin erkən nikaha cəlb olunmasının vaxtından əvvəl ailə qayğısı çəkməyə, məişət işlərilə yükləməyə, yorğunluğa, emosional durumun aşağı olması isə aqressivliyin yüksəlməsinə, erkən hamiləliyin psixoloji və fizioloji problemlərə yol açmasına səbəb olması vurğulandı.
Görüşdə məktəbin UBTR Muxtarova Sevincin istedadlı şagirdlərlə birgə hazırladığı mövzu üzrə rəsmlər nümayiş etdirildi.
Görüşdə həmçinin şagirdlərin nikah yaşı haqqında söylədikləri müxtəlif fikirlər böyük marağa səbəb oldu.