Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş şahmat yarışı
Bu gün məktəbimizdə idman müəllimlərimiz Alıyeva Xəzəngül və Sultanova Nigarın təşkilatçılığı ilə Naxçıvan şəhərinin 100 illiyinə həsr olunmuş şahmat yarışı keçirildi. Yarış 3mərhələdə baş tutmuş,yekun mərhələdə yarışın qalibi 8B sinif şagirdi Kazımlı Kənan olmuşdur. Bu münasibətlə məktəbin direktoru Mehriban Poladova birinciliyi qazanmış şagirdimizi təbrik etmiş,ona daha da böyük yarışlarda uğurlar qazanmasını arzulamış,o cümlədən II və III yerlərin sahibləri və iştirakçılar sertifikat və təşəkkürnamələrlə təltif olunmuşlar.