Dayanıqlı inkişaf -Ətraf mühitin qorunması
Dayanıqlı inkişaf məqsədləri ilə bağlı bu dəfəki seminarımız Ətraf mühitin qorunmasına həsr olundu. Seminarda məktəbin coğrafiya müəllimi,eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müavini Rəşad Abdullayev dayanıqlı inkişaf məqsədləri haqqında ümumi məlumat vermiş və şagirdlərin də iştirakı ilə ətraf aləmə zərər vuran zibil tullantılarının ziyanı ilə bağlı kiçik səhnəcək nümayiş etdirmişlər.
Daha sonra məktəbin coğrafiya müəllimi Səadət Həsənova Yer kürəsinin bu gün nə dərəcədə çirklənməsindən və havada olan lazımsız tüstülərin,okeanlara ,dənizlərə axıdılmış çirkab suların nəinki insan orqanizminə,habelə bütün canlı aləmə zərərindən söz açmışdır. Seminar şagirdlərlə müzakirə şəklində başa çatmışdır.