Ailəm və məktəbim
Məktəbin sinifdənxaric və məktəbdənkənar təbiyə işi üzrə təşkilatçısı Şəhla Seyidbalayevanın rəhbərliyi ilə "Ailəm və məktəbim" layihəsinin müvafiq bəndinə əsasən valideynlərlə "Hər şey övladımız üçün" başlığı altında seminar təşkil olundu. Seminarda valideynlərə maarifləndirici film nümayiş olunmuş, onların şagirdlərin təhsilində uğurlu olmaları üçün seçilən tərbiyə metodunun düzgün olub-olmadığı barəsində fikir mübadiləsi aparılmışdır.