Şagird Davranış Qaydaları
Bu dəfə Şagird Davranış Qaydaları ilə bağlı 7 və 8-ci siniflərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü baş tutdu. İclasda Məktəb direktoru Mehriban Poladova valideynlərlə Şagird davranış qaydaları haqqında ümumi söhbət aparmış,qaydalarla bağlı valideynləri maraqlandıran sualları cavablamışdır.
Sonda sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Seyidbalayeva Şəhla və məktəbin psixoloqu Vüsalə Qarayeva qaydalar və səviyyə pozuntuları, məktəb mühitində nizam-intizam davranışının insanın gələcək həyatında da yerindən söz açmışlar.