"Yaşıl dünya naminə həmrəylik ili"

    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik" ili elan olunması ilə əlaqədar olaraq görüşlər davam edir. Məktəbin psixoloqu Vüsalə Qarayeva VII sinif şagirdləri ilə "Yaşıl dünya və psixi sağlamlıq" mövzusunda psixoprofilaktik görüş keçirdi. Şagirdlərə təmiz atmosferin, göz oxşayan təbiətin, bizi əhatə edən yaşıl dünyanın orqanizmə, xüsusən də psixi sağlamlığa faydalarından danışıldı. Təbiətdə vaxt keçirmək, təbiətlə təmas qurmaq kortizol səviyyəsini azaldır, bu isə stressin idarə olunmasına müsbət təsir göstərir. İnteraktiv formada keçən görüşdə şagirdləri mövzu ətrafında fikir mübadiləsi apararaq öz düşüncələrini obrazlı şəkildə təsvir etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi