Məktəbəhazırlıq qruplarında psixodiaqnostik görüş
Məktəbəhazırlıq qrupu şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə psixodiaqnostik görüş keçirildi. Görüşdə məktəbin psixoloqu Vüsalə Qarayeva 0a və 0b qrupu şagirdlərinə kiçik motorika və görmə-hərəki koordinasiyanın inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, nümunəni təqlid etmək və təlim tapşırığını qəbul etmək bacarığını aşkar edən tapşırıqlar təqdim etdi. Həmin qrupların sinif rəhbərləri Səlimova Nəzakət və İslamova Fərqanə müəllimdən şagirdlərin fərdi xüsusiyyətlərin haqqında məlumatlar toplandı.