Şagird Davranış Qaydaları
29.11.24-cü il tarixində Şagird Davranış Qaydaları haqqında valideynlərlə maarifləndirici iclas keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Mehriban Poladova ilk olaraq valideynlərə məktəbimizdə yeni tətbiq olunan qaydalar barəsində ümumi olaraq məlumat vermiş, şagirdlərin məktəbin nizam-intizam qaydalarına əməl etməsi üçün valideynlərin bu işdə xüsusi rolu olduğunu qeyd etmişdir.
Daha sonra məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva,psixoloq Vüsalə Qarayeva Səviyyə pozuntularından, Sinif Davranış Jurnalında aparılan qeydlərdən, şagirdlərin məktəbdəki davranışlarının onların gələcək həyatlarına əhəmiyyətli dərəcədə təsirindən söhbət açmışlar.