Şagird-müəllim münasibətlərinin tədqiqi
Məktəbin psixoloqu Vüsalə Qarayeva tərəfindən Vll-X sinif şagirdləri ilə psixodiaqnostik görüş keçirildi. Şagirdlərə "Şagird-müəllim münasibətlərinin tədqiqi üçün diaqnostik sorğu"nun vərəqələri paylandı. Keçilən dərslərin maraqlı və maraqsız olma səbəbləri, valideynlərlə münaqişə və bunun yaranma səbəbləri, dərsinin təşkilindən razı qaldıqları müəllimlər, sevdikləri və sevmədikləri fənlər, müəllimlər, sinif rəhbəri ilə olan münasibətləri və digər sualların yer aldığı bu sorğu anonim şəkildə həyata keçirildi.