Yeniyetmə və dostluq
"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsait"də 8-ci siniflər üçün təqdim olunan ilk məşğələ 8A,8B,8C sinif rəhbərləri- Həşimova Gülnar,Ağazadə Aksana və Nəcimova Elmira tərəfindən həyata keçirildi."Mən və mənim əhatəm" adlanan I məşğələdə mövzu barədə geniş və maarifləndirici məlumat verildi. Daha sonra şagirdlərə "Mən kiməm?" adlı sorğu vərəqələri paylanıldı. Anonim şəkildə sorğu həyata keçirildikdən sonra şagirdlərlə əks-əlaqə yaradılaraq mövzu barədə onların fikirləri öyrənildi, təklifləri qeyd olundu.