Təhlükəsiz informasiya axtarışı
Təhsil İnstitutu tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsait"də təqdim olunan ilk məşğələni məktəbin biologiya müəllimi Qaçaylı Gülanə 9A və 9B sinifləri ilə həyata keçirdi. Vəsaitə uyğun olaraq keçirilən ilk məşğələ "Təhlükəsiz informasiya axtarışında" adlı məşğələ dövrümüzün olduqca aktual məsələsinə toxunuldu. Belə ki sosial şəbəkələrdən düzgün şəkildə istifadə etməklə faydalı məlumatların daha tez, daha ətraflı şəkildə əldə etməyin yolları açıqlandı. Məşğələ interaktiv formada həyata keçirildi. Şagirdlər sosial şəbəkələrlə bağlı qarşılaşdıqları çətinliklərdən danışdılar. Hansı istiqamətdə yönləndirilməsi üçün mövzunun onlara həqiqətən faydalı olduğunu bildirdilər.