Reproduktiv sağlamlıq

    Məktəbin VIII sinif şagirdlərinin valideynləri ilə reproduktiv sağlamlığa dair maarifləndirici görüş keçirildi. Görüşdə məktəbin direktoru Mehriban Poladova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Seyidbalayeva Şəhla və sinif rəhbərləri Həşimova Gülnar, Nəcimova Elmira valideynlərə övladlarının sağlam həyat tərzi və reproduktiv sağlamlığının qorunması, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə valideynlərlə söhbət apardılar. Görüş zamanı onların valideyn-övlad münasibətlərində qarşılaşdıqları çətinliklərə toxunuldu, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi