Uşaq hüquqları aylığı çərçivəsində tədbirlərimiz davam edir

    "Uşaq Hüquqları Aylığı" Konvensiyasının qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar hər il olduğu kimi bu il də 20 oktyabr-20 noyabr tarixləri ölkədə "Uşaq Hüquqları Aylığı" elan edilib. Uşaqların hüquqlarının qorunması, bu barədə məlumatlılığın artırılması məqsədilə 6a sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəbin psixoloqu Qarayeva Vüsalə, kitabxana müdiri İsmayılova Elnurə,UBTR Muxtarova Sevinc çıxış edərək şagirdlərə bildirdilər ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Ümumiyyətlə insan hüquqlarının ideyasının əsasında iki başlıca dəyər dayanır: insan ləyaqəti və bərabərlik. Uşaqların hüquq bərabərliyi, yaşamaq və inkişaf etmək hüququ, təhsil almaq hüququ, tərbiyə almaq, istirahət kimi hüquqları vardır. Şagirdlərə bildirildi ki, bu hüquqlarla yanaşı, onların cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikası rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və digər xalqların ənənələrinə, mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini,ətraf mühitin qorumaq, Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi