Heydərçi Gənclərin sevinci

14.05.2015 -ci il tarixində Binəqədi rayon V.Əzizov adına 30№li tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə "Heydərçi Gənclər" təşkilatı yaradılması ilə bağlı tədbir keçirildi. Tədbirdə Heydərçi Gənclər təşkilatının sədri N.Mehdiyeva və sədr müavini S.Sadıqzadə, məktəb rəhbərliyi , valideynlər və şagirdlər iştirak edirdilər. Tədbir "Heydərçi Gənclər"in marşı ilə başladı. Heydərçi Gənclər təşkilatının sədri N.Mehdiyeva təşkilata üzv olan şagirdləri diplom və döş nişanları ilə təltif etdilər.Məktəbin direktoru Heydərçi Gənclər təşkilatına üzv olan şagirdləri təbrik etdi.Təşkilata üzv olan şagirdlər and içərək Heydər Əliyev idealarına sadiq qalacaqlarına söz verdilər və sonda xatirə şəkli çəkildi.