"Şəhidlik zirvəsi" adlı görüş
Məktəbin psixoloqu Vüsalə Qarayeva 44 günlük müharibədə öz qanı ilə tarix yazan psixoloq- şəhid Ataməli Musaoğlunun əziz xatirəsinə həsr olunan görüş keçirdi. Görüşdə məktəbin direktoru Mehriban xanım Poladova şagirdlərin vətənpərvər ruhda tərbiyə almasında Ataməli Musaoğlu kimi şəhidlərin timsalında belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladı. "Şəhidlik zirvəsi" adlı görüşdə şəhidin 25 illik şərəfli həyatı, məhsuldar fəaliyyəti barədə video-çarx izlənildi. 8a və 8b sinif şagirdləri xüsusi məharətlə çıxış edərək şəhidin şəninə yazılan şeirlər söylədilər. Şəhidin anası Leyla xanım Musayeva öğlu haqda yaddaşına silinməz iz qoyan xoş xatirələrini bölüşdü. O öz çıxışında belə tədbirlərdə şagirdlərin məlumatlandırılmasının çox qürurverici olduğunu bildirərək məmnunluğunu ifadə etdi. Tədbirdə şəhid Ataməli Musaoğlu mehriban övlad, qayğıkeş ata, gözəl ailə başçısı, məsuliyyətli işçi, daim oxuyub özünü hərtərəfli inkişaf etdirməyə can atan elmə həvəsi olan, ən nəhayət vətəni uğrunda canını fəda edən əsl vətəndaş -- ləyaqətli insan obrazda şagirdlərin gözləri önündə canlandırıldı.
Şagirdlərimizə belə şəxsi keyfiyyətləri ilə seçilən insanların nümunə olaraq göstərilməsi onların cəmiyyətə yararlı bir şəxsiyyətə çevrilməsində xüsusilə önəmlidir.