10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq günü
Məktəbin psixoloqu Vüsalə Qarayeva 10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar V-VIII şagirdləri ilə görüş təşkil etdi.
Görüşdə somatik xəstəliklərin, sağlam həyat tərzinin, tərbiyənin, yaş xüsusiyyətlərin nəzərə alınması, peşə seçimi, xoş ünsiyyət və qarşılıqlı münasibətlər kimi amillərin təsir etdiyi psixi sağlamlığın qorunması barədə maarifləndirici söhbət aparıldı. Şagirdlərlə müzakirə aparılaraq "Sağlam bədəndə sağlam ruh olar" ifadəsinə münasibət öyrənildi. Görüş zamanı şagirdlərə bildirildi ki, hər kəsin hisslərini danışa biləcəyi biri olmalıdır.
V sinif şagirdləri ilə görüş zamanı şagirdlərə işçi vərəqələri paylandı. Şəkili rəngləyərkən şagirdlərə tövsiyə olundu ki, psixi sağlamlıqlarını, eləcə də başqalarına kömək etmək yolları haqda düşünsünlər.