"Xüsusi Uşaq Müdafiəsi və Təhlükəsizliyi Qrupu" Layihəsi haqda maarifləndirici görüş

    Məktəbdə artıq 3 ildir ki fəaliyyət göstərən, ETN və UNİCEF birgə əməkdaşlığı çərçivəsində yaradılan Xüsusi Uşaq Müdafiəsi və Təhlükəsizliyi Qrupu üzvlərinin VI-VII sinif şagirdləri ilə maarifləndirici görüşü keçirildi.

Bu görüşdə qrupun üzvlərindən Seyidbalayeva Şəhla, Qarayeva Vüsalə, Həsənli Aysel uşaq hüquqları müdafiəsi və onların təhlükəsiz mühitdə təhsil almaları, yaşamaları üçün görülən işlərdən söhbət açdılar.

    Görüşün sonunda uşaqların hüquqlarının müdafiəsi, eləcə də onlar üçün təhlükəsiz mühitin yaradılması barəsində nümayiş etdirilən video-çarx şagirdlərin marağına səbəb oldu.

    Qeyd etmək lazımdır ki, UMT qrupunun yaradılmasında əsas məqsəd təhsil müəssisələrində uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılığın aradan qaldırılması üçün səmərəli fəaliyyət icra edərək uşaqların hüquqlarının qorunması və təhlükəsizliklərinin təminatına xidmət etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi