20 Sentyabr Dövlət Suverenliyi Günüdür
Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən bu gün ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Bu münasibətlə məktəbimizin hərbi müəllimi Bəxtiyar İsgəndərovun rəhbərliyi altında 9A sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Sonra isə 2023-cü il sentyabrın 19 - da Qarabağda başlayan antiterror əməliyyatlarının sentyabrın 20-də başa çatması ilə həmin ərazilərdə suverenliyimizin bərpa olunduğu tarix haqqında, igid oğullarımızın şücaətindən söhbət açıldı.