Birinci sinif şagirdlərinin məktəbə adaptasiyası istiqamətində valideynlərlə maarifləndirici iş

Məktəbin psixoloqu Vüsalə Qarayeva birinci sinif şagirdlərinin valideynləri ilə görüşərək, onların övladlarının məktəbə adaptasiyası dövründə dəstək olması üçün müəyyən tövsiyələr verdi.
Görüşdə valideynlərə uşaqla vaxt keçirməyin, vaxtın düzgün tənzimlənmənin , gün rejimində uşağın arzu və istəklərinin nəzərə alınmasının vacibliyindən danışıldı, müvəffəqiyyət qazanmaq və hədəfə çatmaq üçün ünsiyyət zamanı tövsiyə olunan və olunmayan frazalar barədə söhbət aparıldı. Sonda mövzu barədə valideynlərin fikirləri dinlənildi.